Azakademi, Informascope şirkəti tərəfindən Azərbaycan elmi və akademik informasiya ekosisteminə dəyər qatmaq məqsədilə hazırlanmış yenilikçi və etibarlı akademik məzmun platformasıdır.
Azakademi milli və beynəlxalq elmi nəşrləri vahid mərkəzləşdirilmiş giriş nöqtəsində toplayaraq, universitetlər, dövlət qurumları, tədqiqat mərkəzləri və alimlər üçün yüksək keyfiyyətli resurslara sürətli, effektiv və dayanıqlı çıxış imkanı təqdim edir. Platformamız mütəmadi yenilənən məzmun strukturu ilə elmi nəşriyyat sahəsindəki ən son tədqiqatları və etibarlı qaynaqları tədqiqatçıların istifadəsinə verir və bununla da informasiya əldəetmə proseslərini daha səmərəli və təsirli edir.
Eyni zamanda, Azakademi Azərbaycanda fəaliyyət göstərən universitetlər, kitabxanalar, dövlət qurumları və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq edərək ölkədə akademik infrastrukturun gücləndirilməsinə və informasiya əldəetmə imkanlarının genişlənməsinə töhfə verməyi qarşısına məqsəd qoyur. Nəşriyyatlar üçün isə məzmunlarının düzgün, effektiv və geniş akademik auditoriyaya çatdırılmasını təmin edən güclü və şəffaf distribusiya kanalı təqdim edir.
Informascope-un beynəlxalq təcrübəsi və sektordakı güclü tərəfdaşlıqları ilə formalaşdırılan AzAkademi.com yalnız bir məzmun platforması deyil, eyni zamanda Azərbaycanın informasiya cəmiyyəti vizyonuna xidmət edən, akademik nailiyyətləri və tədqiqat keyfiyyətini dəstəkləyən strateji tərəfdaşdır.