Azərbaycanşünaslıq Akademiyası
Tomas Qolts




Tomas Qolts Yaponiyada doğulub, Şimali Dakota ştatında böyüyüb. Nyu-York universitetini bitirərək Yaxın Şərq üzrə ixtisaslaşıb. 15 il Türkiyədə və keçmiş SSRİ ölkələrində jurnalist işləyib. Yazdığı üç kitabdan biri - "Azərbaycan gündəliyi" (Azerbaijan Diary) Xocalı qırğınına həsr olunub. Amerikalı yazıçı Tomas Qoltsun “Azərbaycan Gündəliyi” kitabı Amerikanın Azərbaycandakı səfirliyi və Azərbaycan Diplomatik Akademiyasının dəstəyi ilə çap olunub.

Azərbaycana 1991-cı ildə gələn kitab müəllifinin səfəri ölkədə siyasi böhran, Qarabağ müharibəsi dövrünə təsadüf edib. Jurnalist həmin vaxt Naxçıvanda olan Heydər Əliyevlə görüşüb, eyni zamanda cəbhə bölgəsinə səfər edib. Daha sonra Tomas Qolts “Azərbaycan Gündəliyi” adında kitab yazıb. “Azərbaycan Gündəliyi” ingilis və Azərbaycan dillərində nəşr olunub.