Azərbaycanşünaslıq Akademiyası
Dünya Azərbaycanlıları Assambleyası

06 sentyabr 2016-cı il tarixdə Almaniya Federativ Respublikasında Dünya Azərbaycanlıları Assambleyası rəsmi şəkildə qeydiyyatdan keçib. Assambleya dünya azərbaycanlılarının ilk beynəlxalq ictimai təşkilatıdır.

Təşkilatın rəhbəri Rəşad Quliyevdir.

Qısa müddət ərzində təşkilatın dünyanın əksər ölkələrində təmsilçiləri seçilmiş və çoxsaylı tədbirlər keçirilmiş, təşkilatın bir sıra sərgilərdə iştirakı təmin olunmuşdur.

Bu günlərdə Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyevin sərəncamı ilə qurumun Gənclər Təşkilatı da yaradılıb. Danimarkada yaşayan Nigar Mobarəki təşkilatın rəhbəri, DAA-nın Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov isə qurumun Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Raqif Hüseynov DAA-nın Macarıstan nümayəndəliyinin rəhbəri, və DAA prezidentinin Şərqi və Orta Asiya ölkələri üzrə müavini, Aqil Vəliyev İsveç nümayəndələyinin rəhbəri, Adilə Yusif isə Malta nümayəndəliyinin rəhbəri təyin olunub.