Azərbaycanşünaslıq Akademiyası
Prof.Dr. Tadeuş Svyatoxovski


(Tadeusz Swietochowski)



Tadeuş Svyatoxovski polyak əsilli (1934) Amerika tarixçisi və qafqazşünasıdır. O, Monmus (ABŞ), Xəzər və Bakı Dövlət Universitetlərinin (Azərbaycan) fəxri professoru, Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin fəxri üzvüdür. Professor Svyatoxovski dünyada müasir Azərbaycan tarixi üzrə aparıcı mütəxəssis kimi tanınır.

Azərbaycanla bağlı əsərləri:
1. “Rusiya Azərbaycanı, 1905-1920: müsəlman icmasında milli kimliyin formalaşması” (İngiliscə: Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community; Cambridge University Press, 1985. — 290 pp; Türkcə: Müslüman Cemaatten Ulusal Kimliğe Rus Azerbaycanı 1905-1920; Istanbul: Bağlam Yayınları, 1988);

2. “Rusiya və Azərbaycan. Keçid sərhədi”. (İngiliscə: Russia and Azerbaijan. A Borderland in Transition; New York: Columbia University Press, 1995. — 290 pp.),

3. XX yüzildə dünya dövlətləri tarixi”. (Polyakca: Azerbejdżan; Warszawa: Wydawnictwo Trio, 2006. — 303 s.).

4. “Azərbaycan tarixi lüğəti”-Brayn Kollinzlə birlikdə. (İngiliscə: Historical dictionary of Azerbaijan; Scarecrow Press, 1999. — 130 pp).