Azərbaycanşünaslıq Akademiyası
Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzi



2011-ci il 8 sentyabr tarixində Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsində Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzi açılmışdır. Mərkəzdə tələbələr üçün vaxtaşırı Azərbaycanın görkəmli elm və mədəniyyət nümayəndələri, tanınmış ziyalıları və ictimai xadimləri ilə görüşlər təşkil olunur, Azərbaycan yazıçılarına, şairlərinə həsr olunmuş gecələr keçirilir, milli bayramlar, Azərbaycanın unudulmaz tarixi hadisələri qeyd olunur. Mərkəzdə müasir texniki avadanlıqlar quraşdırılmış, xüsusi kitabxana fondu yaradılmış, xalqımızın mədəniyyətini və tarixini, zəngin milli adət və ənənələrini əks etdirən eksponatlar yerləşdirilmişdir.