Azərbaycanşünaslıq Akademiyası
Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi



26 sentyabr 2013-cü il tarixdə Bakı Slavyan Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılmışdır. Mərkəzdə tələbələr üçün vaxtaşırı Azərbaycanın görkəmli elm və mədəniyyət nümayəndələri, tanınmış ziyalıları və ictimai xadimləri ilə görüşlər təşkil olunur, Azərbaycan yazıçılarına, şairlərinə həsr olunmuş gecələr keçirilir, milli bayramlar, Azərbaycanın unudulmaz tarixi hadisələri qeyd olunur. Mərkəzdə müasir texniki avadanlıqlar quraşdırılmış, xüsusi kitabxana fondu yaradılmış, xalqımızın mədəniyyətini və tarixini, zəngin milli adət və ənənələrini əks etdirən eksponatlar yerləşdirilmişdir.