Azərbaycanşünaslıq Akademiyası
Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi



2010-cu il dekabr ayının 9-da Minsk şəhərindəki Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində (BDPU) Bakı Slavyan Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dili və MədəniyyətiMərkəzi açılmışdır.70dən çox ixtisas üzrə 18 min tələbənin təhsil aldığı Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışına həsr olunmuş təntənəli mərasimi giriş sözü ilə açanuniversitetin rektoru, professor P.Kuxarçik Belarusun təhsil sistemində xüsusi çəkiyə malik olan BDPU-da Azərbaycan guşəsinin yaradılmasını təkcə universitetin deyil, bütövlükdə respublikanın elmi və mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirmişdir. Universitet mərkəzə kitab fondu, eksponatlar, əyani vəsaitlər və zəngin fonoteka ilə təmin etmişdir.