Azərbaycanşünaslıq Akademiyası
Azərbaycan incəsənəti



Azərbaycan xalqının memarlığı və habelə təsvir və tətbiqi incəsənətinin cox qədim bir tarixi vardır. Hələ eramızdan bir neçə min il əvvəl respublikamızın ərazisində yaradılmış qaya rəsmləri (Qobustan və Apşeron təsvirləri), daha sonralar Qafqaz Albaniyası dövləti ərazisində tikilmiş möhtəşəm qala divarları,saray və məbədlərinin qalıqları, Azərbaycan torpağında ibtidai icma və antik dövrlərdə xalq ustalarının məharətlə yaratdıqları tikintilərdən və tətbiqi-dekorativ sənət nümunələrindən xəbər verir. Qəbələ şəhərini (Qutqaşen rayonunda) və qədim Dərbəndin tikintiləri dediklərimizi əyani sürətdə sübut edir. Orta əsrlərdə ərəb işğarçıları Azərbaycanı zəbt etdikdən sonra Naxçıvan, Ərdəbil, Bərdə, Bakı və s. şəhərlərində bu günə kimi qalmış gözəl binalar – məqbərə və türbələr, məsçid və minarələr inşa edilmişdir. Naxçıvandakı “Yusif Kuseyir”, “Mömünə xatın” və Bərdənin “Qırmızı günbəz” türbələri, Bakının qədim qala divarları, “Qız qalası” və “Şirvanşahlar” saray binaları. Mərdəkandakı və Ramanadakı qəsrlər və s. tikintilər orta əsrlərə aid milli memarlıq sənətimiz haqqında əyani təsəvvür yaradır. Klassik Azərbaycan memarlığının bir məktəb kimi formalaşmasında naxçıvanlı Mahmud Səəddin oğlunun və başqa memarların xidməti qeyd edilməlidir. Memarlıqla yanaşı, Azərbaycan şəhərlərində xalq dekorativ tətbiqi sənətləri yüksək inkişaf dövrləri keçmişdir. Müxtəlif materiallardan və texniki vasitələrdən istifadə edən xalq sənətkarları gözəl xalılar, təkəldüz örnəkləri toxuma parçalar, qələmkar nümunələri, gil qablar, zərgərlik və miskərlik nümunələri, daş, ağac və metal oymalar və s. tətbiqi sənət örnəkləri yaratmışlar. Bu gün biz daş ojma sənətinin nadir nümunələrini Bakıdakı Şirvanşahlar sarayı kompleksində, keramika örnəklərinə dair qiymətli əsərlərə incəsənət muzeyində, xalça və dekorativ-tətbiqi sənətlər muzeyində rast gəlirik. Azərbaycanda hələ XV-XVI əsrlərdə miniatür sənəti yüksək inkişaf mərhələsinə qalxmışdır. XVI əsr Təbriz miniatüra məktəbinin görkəmli sənətkarları Kəmaləddin Behzad, Sultan Məhəmməd, Ağa Mirək, Müzəffərəddin Məhəmmədi, Sadiq bəy Əfşar və başqa nəqqaşlar Firdovsinin “Şahnamə”sinə, Nizami “Xəmsə”sinə, Camenin poetik əsərlərinə nəfis miniatürlər çəkmişlər. Dünya muzeyində qorunub saxlanan Azərbaycan miniatürləri əsrlərdən bəri milli təsviri sənətimizi şöhrətləndirir.

XVIII-XIX əsrlərdə milli dekorativ tətbiqi və miniatür sənətimizin mütərəqqi ənənələri divar rəsmlərində və habelə, kitab tərtibatında davam etdirilib. Şəkidəki xan sarayının interyer bəzəklərində (rəssamları Usta Qəmbər Qarabağı, Usta Əli Qulu və Usta Abbasqulu olub) və habelə, Şuşanın, Gəncənin, Qubanın binalarını bəzəyən divar təsvirlərində biz milli monumental sənətimizin keçmişi haqqında əyani təsəvvür alırıq.

XIX əsrin ortalarında Rusiya və Qərbi Avropa ilə mədəni əlaqələrin genişlənməsi ilə əlaqədar olaraq Azərbaycan incəsənətinin müxtəlif sahələrində canlanma baş verir. Bu zaman Mirzə Qadım İrevani və Mir Möhsun Nəvvab kimi sənətkarlar realist sənət ənənələrindən ilhamlanır, öz əsərlərində Qərbi Avropa və milli sənət əsərlərinin vəhdətindən gəlmə bədii formalara müraciət edirlər. Mirzə Qədiminin portret təsvirləri və Navvabın kitab illüstrasiyaları dediklərimizi əyani təsdiq edir. XX ərsin əvvəlində Azərbaycan təsviri sənətində yeni sənət janrlarına – satirik qrafika, illüstrasiya, portret və mənzərə janrlarına meyl artır. Əzim Əzimzadə və Bəhruz Kənqərli kimi peşəkar rəssamlar bujanrlarda gözəl və təsirli əsərlər yaradırdılar. Əzimzadənin “Molla Nəsrəddin” jurnalı üçün karikaturaları, Bəhruz Kəngərlinin “Uşaq portretləri” silsiləsi və “Naxçıvan mənzərələri” realistik təsviri sənətimizin qiymətli örnəkləri kimi həmişəlik təsviri sənət tariximizə daxil olmuşdur.

Azərbaycan sovet incəsənəti
1920-ci ilin aprelində Böyük Oktyabr sosialist inqilabı nəticəsində Azərbaycan Sovet Sosialist Respublikası yarandı. İnqilabın ilk günlərindən yeni həyatın bütün sahələrində canlanma başlandı. Milli mədəniyyətiniz sosialist inqilabın irəli sürdüyü yeni vəzifələrin həllinə yönəldildi. Bu zaman Bakıda dövlət teatrları, nəşriyyat, musiqi və rəssamlıq məktəbləri, Dövlət muzeyi təşkil edildi. Gənc yaradıcı qüvvələr incəsənət sahələrində fəaliyyət göstərməyə başladı.

1922-ci ildə “Molla Nəsrəddin” jurnalının Bakıda nəşr edilməsi ilə əlaqədar olaraq, satirik qrafika, karikatura, illüstrasiya və siyasi plakat janrlarına həvəs artdı. XI Qızıl Ordu sıralarında Bakıya gəlmiş rus rəssamları (H.Koçergin, M.Vlasov və b.) və Ə.Əzimzadə başqa olmaqla yerli rəssamlar təsviri incəsənət sahələrində qızqın fəaliyyət göstərdilər. Eyni zamanda bakı rəssamlıq məktəbində təhsil almış rəssamlar (Q.Xalıqov, Ə.Hacıyev, H.Mustafayev, İ.Axundov, Ş.Manqasarov və b.) rəngkarlıq və qrafika janrlarında ilk əsərlərini sərgilərdə nümayiş etdirdilər. 1928 –ci ildə gənc rəssamların yaradıcılıq birliyi təşkil olundu, daha sonra, 1932-ci ildə Azərbaycan Rəssamları İttifaqının Təşkilat Komitəsi yaradıldı, Əzim Əzimzadənin rəhbərlik etdiyi bu təşkilata Bakı rəssamlıq məktəbinin yetişdirmələri (T.Tağıyev, H.Haqverdiyev, K.Xanlarov, Ə.Kazımov, K.Kazımov və b.) daxil oldular. Bələliklə, Azərbaycan rəssamlarının yaracılıq birliyi hərtərəfli inkişaf edib, məsul vəzifələrin həllində mühüm rol oynamağa başladı. 30-cu illərin axırlarında Azərbaycan rəssamları kollektivi istedadlı gənclər (M.Abdullayev, B.Mirzəzadə, L.Feyzullayev, B.Əliyev, Əbdülxalıq və b.) hesabına daha da qüvvətləndi. 1940 –cı ilin aprelində, respublikamızın 20 illiyi bayram edilən günlərdə Bakıda böyük bir sərgi açıldı və sərgidə rəssamlarımızın bütün nəsillərini təmsil edən sənətkarlar öz əsərləri ilə xalqımız qarşısında hesabat verdilər. 1940 –cı ilin oktyabr ayında Azərbaycan rəssamıarının yaradıcılıq təşkilatını – Azərbaycan Rəssamları İttifaqını yaratdı. Böyük Vətən müharibəsi illərində Azərbaycan təsviri sənətində vətənpərvərlik ideyaları dərin kök salır, rəssamlar və heykəltaraşlar yaratdıqları əsərlərdə Azərbaycan xalqının cəbhədə və arxada göstərdiyi rəşadəti əsvir edirdilər. Bu illər rəngkarlıqda və heykəltaraşlıqda portret janrı, qrafikada satirik plakat və karikatura janrları üstünlük qazanır. Əzimzadə, Xalıqov, Hacıyev, Axundov kimi qrafika ustaları “Təşviqat pəncərəsi” adı altında yüzlərlə plakat çəkib əhali arasında yayırdılar. Vaxtaşırı təşkil edilən bədii sərgilərdə Sovet İttifaqını Qəhramanların, cəbhələrdə və arxada rəşadət göstərən sovet adamlarının təsvirləri nümayiş etdirilirdi. Vətən müharibəsi tarixi qələbəsindən sonra Azərbaycan rəssamları yeni quruculuq illərinin vəzifələrinə cavab verən bədii əsərlər yaradır, bunları respublika və ümumittifaq sərgilərində göstərdilər. Moskva, Leninqrad, Kiyev və Tbilisdə təhsil almış rəssamlar ( M.Abdullayev, S.Bəhlulzadə, Q.Seyfullayev, L.Feyzullayev, Əbdülxalıq, N.Əbdürrəhmanov, N.Mirqasımov və b.) təsviri sənətlərin bütün janrlarında təsirli əsərlər yaradır, milli sənət məktəbimizi ölkəmizdə və xaricdə şöhrətləndirirdilər.

60 –cı illərdə rəssammlar kollektivinə T.Salahov, T.Nərimanbəyov, A.Cəfərov, M.Abbasov, T.Şixəliyev kimi rəngkarlar, E.Şamilov, İ.Zeynalov, F.Nəcəfov, F.Bakıxanov, A.Mustafayev, Q.Sücəddinov kimi heykəltaraşlar gəlmiş, öz əsərləri ilə incəsənətimizin şöhrətini daha da artırmışlar. Bu gün Azərbaycan rəssamları kollektivində bir neçə təmsil edən rəssamlar çiyin-çiyinə fəaliyyət göstərir, təsviri sənətimizin bütün növləri və janrlarında ideya-bədii keyfiyyətləri ilə fərqlənən qiymətli əsərlər yaradırlar. Bizim görkəmli rəssamların ən yaxşı əsərləri yalnız ölkəmizdə deyil, hətta xaricdə Azərbaycan təsviri sənət məktəbinə şöhrət gətirmişdir.