Azərbaycanşünaslıq Akademiyası
Viktoriya İvleva



Leninqradda anadan olmuş və 1983-cü ildə MDU-nun jurnalistika fakultəsini bitirmişdir. Hazırda “Novoy Qazetı” qəzetinin jurnalisti və fotomüxbiridir. “Komsomolskaya pravda”, “Sobesednik”, “Moskovskie novosti” qəzetlərində məqalələri və çəkdiyi fotoqrafiyalar, “Oqonyok”, eləcə də “Nyu York Tayms Magazin, Stern, Spiqel, Ekspress, Sunday Tayms, İndependent, Die Zeit, Focus, Marie-Clarie və b. tanınmış dərgilərdə çəkdiyi fotoqrafiyaları dərc edilmişdir. 1988- ci ildə Parisdə “Temps present de la Russie” fotoalbomu, 1989-cu ildə ABŞ-da albomu işıq üzü görmüşdür. 1991-ci ildə Çernobıl AES-nə həsr olunmuş fotoreportajı fotojurnalistika sahəsində keçirilən WorldPressPhoto müsabiqəsində “Qızıl Göz” mükafatına layiq görülmüşdür. Biktoriya İvleva Gürcüstan, Dağlıq Qarabağ, Dnestryanı bölgələrindəki seperatçılıq müharibələrindəki savaş epozodlarının, o cümlədən Əfqanıstan, Afrika, Orta Asiyada baş verən qanlı münaqişələrin fotolarını çəkmişdir.