Azərbaycanşünaslıq Akademiyası
Ərazi

Ümumi ərazisi 86.6 min km2-dir. Dövlət sərhədləri Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km-dir. Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsindədir.

Dünyada ən böyük göl -Xəzər dənizi
sahəsi 400000 km2, dərinliyi-1025 m.

Ən yüksək dağ zirvəsi
Bazardüzü - 4466 m

Böyük göllər, km2
Sarısu - 67.0
Ağgöl - 56.2
Ağzıbirçala - 37.0
Mehman - 35.0
Böyükşor - 9.2
Hacıqabul - 8.4

Böyük adalar km2
Pirallahı - 14.4
Çilov - 11.5
Xərə-Zirə - 3.5
Böyük-Zirə - 1.4

Böyük çaylar km
Kür - 1515
Araz - 1072
Alazan (Qanıx) - 413
İori (Qabırrı) - 389
Samur - 216
Tərtər - 200