Azərbaycanşünaslıq Akademiyası
Azərbaycanla bağlı
bədii, tarixi əsərlərin elektron versiyası
Dünya azərbaycanşünasları
haqqında məlumat
Azərbaycan haqqında fotolar,
videolar, rəsm əsərləri

Azərbaycan Respublikası

Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində yerləşən dövlət. Paytaxtı Bakı şəhəridir. Şimaldan Rusiya (Dağıstan), Gürcüstan, qərbdən Ermənistan, Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20 faizini təşkil edir.

Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik Azərbaycan çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil Türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür. Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan BMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

Azərbaycanla bağlı

Dünya Azərbaycanlıları

Azərbaycan xalqının milli tarixi idealı əsrlər boyu məskunlaşdığı etnik coğrafiyada özünəməxsus müstəqil dövlət qurmaqdan, dünya birliyinin bərabərhüquqlu üzvü kimi öz mədəniyyətini qoruyub inkişaf etdirməkdən ibarətdir. Artıq 25 ildir ki, müstəqil Azərbaycan dövləti yaşayıb inkişaf edir, müxtəlif ölkələrdə məskunlaşmış milyonlarla azərbaycanlı da Azərbaycan dövlətini öz tarixi ideallarının ifadəçisi sayır. Lakin etiraf etmək lazımdır ki, Azərbaycan dövlətinin daha da yüksəlişinə, həmhüdud regionlarda azərbaycanlıların əsrlər boyu yaşadıqları ərazilər üzərində müəyyən təsirə malik olmasına həm ehtiyac, həm də böyük imkanlar vardır. Eyni zamanda Azərbaycan dövlətinin dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlılarla əlaqələri intensivləşməlidir.

Azərbaycan xalqı — azərbaycanlılar dünyanın harasında yaşamalarından asılı olmayaraq, bütöv, kifayət qədər mükəmməl (və geniş inkişaf potensialı olan!) bir xalqdır — onun müxtəlif siyasiideoloji şəraitlərdə yaşaması genetik birliyini, eyni etnokulturoloji sistemə mənsubluğunu inkar etmir. Azərbaycanlıların birləşməsi, müstəqil dövlət qurması, dünyada sosial-mədəni nüfuz qazanması üçün daha geniş imkanlar açılır.